Məzmuna keçin
Prime Cotton yerləşdirilib

Baş energetik

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Müəssisənin enerji təchizatı sistemlərinin texniki baxım və istismar planlarını hazırlayır və onların icrasına nəzarət edir;

Enerji avadanlıqları və elektrik sistemlərinin vaxtında texniki baxışını və təmirini təşkil edir;

Elektrik quraşdırmalarının təhlükəsiz istismarını təmin edir və bu sahədə texniki tədbirlər görür;

Müəssisədə enerjidən səmərəli istifadə strategiyasını həyata keçirir, enerji itkilərinin qarşısının alınması üçün tədbirlər görür;

Enerji effektivliyi və qənaət texnologiyaları üzrə təkliflər və layihələr hazırlayır;

Enerji sahəsində qüvvədə olan qanunvericiliyə, texniki normativlərə və standartlara əməl olunmasına nəzarət edir;

Texniki sənədlərin düzgün və vaxtında aparılmasını təmin edir;

Energetika sahəsində çalışan mühəndislərin, texniklərin, elektrikçilərin və digər əməkdaşların fəaliyyətinə rəhbərlik edir;

Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsini təşkil edir.

Tələblər

  • Təhsil: Ali təhsil (energetika ixtisası üzrə)
  • Təcrübə: Minimum 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili
  • Elektrik mühəndisliyi üzrə dərin nəzəri və praktik biliklər
  • Enerji sistemlərinin istismarı və təmiri üzrə peşəkar təcrübə
  • Tekstil istehsal avadanlıqlarının enerji təminatı və iş prinsipləri barədə biliklər
  • Avtomatlaşdırma və SCADA sistemləri ilə işləmə bacarığı
  • Enerji effektivliyi və qənaət texnologiyaları üzrə müasir yanaşmalar
  • Əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydaları haqqında biliklər
  • Normativ sənədlərlə işləmə və hesabatların aparılması bacarığı

Üstünlük hesab olunur

  • İngilis dili – üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →