Məzmuna keçin
Prime Cotton yerləşdirilib

Xəzinədarlıq üzrə mühasib(Mingəçevir)

Şəhər
Mingəçevir
İş növü
Tam iş günü

Vakansiya haqqında

Gündəlik bank ödənişlərinin hazırlanması və icrasının təmin edilməsi;

Şirkətlərin bank hesabları üzrə gündəlik qalıqların monitorinqi;

Ödəniş reyestrlərinin hazırlanması və yenilənməsi;

Bank çıxarışlarının əldə edilməsi, yoxlanılması və üzləşdirilməsi;

Daxili və beynəlxalq köçürmələr üzrə sənədlərin hazırlanması;

Valyuta mübadiləsi əməliyyatlarının icrasında iştirak;

Gündəlik pul vəsaitlərinin hərəkəti (Cash Flow) hesabatlarının hazırlanmasına dəstək;

Kredit, depozit və digər bank əməliyyatları üzrə məlumatların sistemləşdirilməsi;

Banklarla əməliyyat xarakterli yazışmaların aparılması;

Ödəniş sənədlərinin düzgünlüyünə və təsdiq prosedurlarına riayət olunmasına nəzarət;

Xəzinədarlıq rəhbərliyinin tapşırıqlarının vaxtında icrası.

Tələblər

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil
  • Mühasibatlıq, maliyyə və ya xəzinədarlıq sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Bank əməliyyatları və nağdsız hesablaşmalar üzrə praktiki biliklər
  • Yerli və xarici valyutada ödənişlərin həyata keçirilməsi üzrə təcrübə
  • İnternet bankçılıq sistemləri ilə işləmək bacarığı
  • Bank hesabları üzrə qalıqların və pul vəsaitlərinin hərəkətinin izlənilməsi
  • Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət
  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS)
  • 1C və ya digər ERP sistemləri ilə işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst
  • Yüksək diqqətlilik, dəqiqlik, analitik düşünmə və məsuliyyətlilik
  • Çoxsaylı bank əməliyyatlarını operativ idarə etmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı
  • Bir neçə hüquqi şəxsin bank hesabları ilə paralel işləmə təcrübəsi

Üstünlük hesab olunur

  • Rus və ingilis dillərində işgüzar yazışma bacarığı arzuolunandır
  • Üstünlük veriləcək bilik və bacarıqlar

Oxşar elanlar

Bütün Mingəçevir vakansiyaları →