Vakansiya haqqında
İstehsal prosesinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini, məhsulun müəyyən olunmuş nomenklatura üzrə istehsalını təmin etmək;
Avadanlıqların tam gücü ilə işləməsi, əmək məhsuldarlığının artırılması, material, enerji və yanacağın səmərəli istifadəsinə nəzarət etmək;
Növbə üzrə istehsalatın vaxtında hazırlanmasını, fəhlələrin və çilingərlərin düzgün yerləşdirilməsini təşkil etmək;
Texnoloji proseslərə riayət olunmasına nəzarət etmək, pozuntuların səbəblərini operativ aşkarlamaq və aradan qaldırmaq;
İstehsalat rejiminin və qrafiklərinin təkmilləşdirilməsində iştirak etmək;
Buraxılan məhsulun keyfiyyətinə nəzarət etmək, zay məhsulun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
Sahənin yenidən qurulması və modernizasiyası ilə bağlı tamamlanmış işlərin, texnoloji avadanlıqların təmirinin qəbulunda iştirak etmək;
Əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərin təşkili və icrasında iştirak etmək;
Fəhlələrin və çilingərlərin istehsal normalarına əməl etməsinə nəzarət etmək, işlərin ahəngdar gedişini təmin etmək;
İstehsalat təlimatları ilə işçiləri tanış etmək və onların əməl etməsini nəzarətdə saxlamaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına ciddi əməl olunmasını təmin etmək;
Avadanlıqların və alətlərin texniki istismar qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər
- Təhsil: Texniki və ya mühəndislik sahəsində ali və ya orta ixtisas təhsili
- Təcrübə: İstehsalat sahəsində, xüsusən də kənd təsərrüfatı və ya yüngül sənaye müəssisələrində ən azı 3 il iş təcrübəsi
- İstehsal proseslərinin təşkili və idarə olunması, texnoloji proseslər və avadanlıqların iş prinsipləri barədə biliklər
- İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya normaları üzrə biliklərə malik olmaq
- Komandaya rəhbərlik etmək, işçi heyəti koordinasiya etmək və motivasiya bacarıqları
- Problem həll etmə, operativ qərar vermə və istehsalat prosesində riskləri vaxtında müəyyənləşdirmə bacarığı
- Yüksək məsuliyyətlilik, təşkilatçılıq, intizamlılıq və dəqiqlik
Oxşar elanlar
- Aqronom (İmişli)Azersun Holding · 31 oktyabr 2026
- Satış məsləhətçisi(İmişli)İrşad · 6 gün əvvəl
- Satış Məsləhətçisi(Ağdam,İmişli,Füzuli,Tovuz)Irshad Electronics · 6 gün əvvəl
- SƏTƏM (İmişli)Hajigabul Poultry Farm Company · 6 gün əvvəl
- Satış Məsləhətçisi (Filiallar)Irshad Electronics · 30 oktyabr 2026
- Kredit mütəxəssisi (İmişli)M Bulak BOKT MMC · 28 oktyabr 2026