Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Xidmət göstərilən ərazidə kənd təsərrüfatı bitkiləri üzrə aqrotexniki və texnoloji qaydaların düzgün tətbiqini təmin etmək;
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, torpağın münbitliyinin qorunması və yüksəldilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək;
Kənd təsərrüfatına yararlı torpaq sahələrindən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadənin təşkilinə nəzarət etmək;
Dənli bitkilərin sort və toxum əkinlərində, eləcə də çoxillik əkin sahələrində aqrotexniki qaydalara uyğun becərilmə prosesini izləmək;
Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Şəkər çuğunduru istehsalı üzrə torpaq sahələrinin və toxum sortlarının seçilməsində, əkin, becərmə və yığım müddətlərinin müəyyən edilməsində iştirak etmək;
Şəkər çuğundurunun əkilməsi, becərilməsi, xəstəlik və zərərvericilərdən mühafizəsi, məhsulun yığılması və təhvil verilməsi proseslərini təşkil etmək və onlara nəzarət etmək;
Şəkər çuğunduru sahələrində gübrələmə və bitki mühafizə preparatlarının tətbiqinin müəyyən edilmiş müddətlərdə və aqrotexniki tələblərə uyğun aparılmasını təmin etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi.
İstirahət günü: Şənbə və Bazar günü.
İş Yeri:
İmişli rayonu.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə.
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (İmişli)” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Aqronomluq ixtisası üzrə ali təhsil
- Aqronom vəzifəsində iş təcrübəsi
- Bitkiçilik, xüsusilə dənli bitkilər və şəkər çuğundurunun becərilməsi üzrə biliklər
- Aqrotexniki tədbirlər, gübrələmə, dərmanlama və bitki mühafizəsi sahəsində bilik və təcrübə
- Torpaq münbitliyi, məhsuldarlığın artırılması və əkin proseslərinin təşkili üzrə biliklər
- Ünsiyyət və təşkilatçılıq bacarıqları
- Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək bacarığı
Oxşar elanlar
- Çilingər- İmişli filialıPrime Cotton · 16 oktyabr 2026
- Satış Məsləhətçisi (Filiallar)Irshad Electronics · 30 oktyabr 2026
- Kredit mütəxəssisi (İmişli)M Bulak BOKT MMC · 28 oktyabr 2026
- SƏTƏMM üzrə mütəxəssis (İmişli rayonu)Azərbaycan Dəmir Yolları · 19 oktyabr 2026
- Teplovoz maşinist köməkçisi (İmişli)Azərbaycan Dəmir Yolları · 13 oktyabr 2026
- UstaKaspi Tehsil Shirketi · Dünən