Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Heyvanların reproduktiv dövrünü mütəmadi izləmək və süni mayalanma prosesini həyata keçirmək;
Mayalanma üçün nəzərdə tutulan heyvanların sağlamlıq və reproduktiv vəziyyətini qiymətləndirmək;
Mayalanmadan sonra heyvanların reproduktiv vəziyyətini izləmək və hamiləliyin müəyyən edilməsini təmin etmək;
Reproduktiv problemləri vaxtında aşkar etmək və onların aradan qaldırılması istiqamətində baytar həkimlə birgə fəaliyyət göstərmək;
Mayalanma, hamiləlik, doğuş və digər reproduktiv göstəricilərlə bağlı məlumatların qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq;
Sürünün reproduktiv effektivliyinin artırılması və doğuşlararası intervalın optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
Təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun olaraq reproduktiv proseslərin səmərəli idarə edilməsinə və süd istehsalının davamlılığının təmin olunmasına dəstək göstərmək.
İş şərtləri:
İş ünvanı: Kürdəmir rayonu;
İş qrafiki: 6 günlük;
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili
- Süni mayalanma sahəsində praktiki iş təcrübəsi
- İribuynuzlu heyvanlarda reproduktiv fiziologiya və cinsi dövrün xüsusiyyətləri üzrə bilikl ər
- Süni mayalanma texnikası və mayalanma prosesinin təşkili üzrə təcrübə
- Heyvanların identifikasiyası və reproduktiv məlumatların qeydiyyatının aparılması bacarığı
Oxşar elanlar
- Baytar həkim (Kürdəmir)Azersun Holding · 31 oktyabr 2026
- Kürdəmir filialı üzrə Kredit Satış İşçisiFINCA Azerbaijan · 12 oktyabr 2026
- Kürdəmir filialı üzrə Müştəri xidməti təmsilçisiRabitəbank · 9 oktyabr 2026
- UstaKaspi Tehsil Shirketi · Dünən
- İstehsalat və əməliyyatlar üzrə mütəxəssisArash Company · Dünən
- Boya operatoruSAMT LLC · 3 gün əvvəl