Məzmuna keçin
PASHA Life yerləşdirilib

Mühasibatlıq üzrə təcrübəçi

Şəhər
Bakı

Vakansiya haqqında

Təsvir

Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;

Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;

Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;

Aylıq və illik bağlanış proseslərində iştirak etmək, mühasibatlıq uçotlarında uyğunlaşmanı təmin etmək;

Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;

Daxili və xarici auditlər zamanı tələb olunan sənədləri və izahatları təqdim etmək;

Mühasibatlıq şöbəsi daxilində həyata keçirilən layihələrdə əməkdaşlıq etmək və tapşırıqları yerinə yetirmək;

Elektron qaimələrin göndərilməsini, sonrakı düzəlişləri və ləğv olunmasını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə icrasını təmin etmək;

Ezamiyyət ilə bağlı avans hesabatının hazırlanmasını və alt sənədlərinin əldə olunmasını təmin etmək;

Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflər vermək və prosesləri müşahidə etmək.

Tələblər

  • İş təcrübəsi: Tələb olunmur
  • Təhsil: Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
  • Kompüter bilikləri: MS Excel yüksək səviyyədə bilmək
  • Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq
  • Vakansiya növü - Təcrübə

Üstünlük hesab olunur

  • Üstünlükər: ACCA sertifikatının olması

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →