Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
API inteqrasiyalarının qeydiyyatı, planlaşdırılması və icrasının koordinasiyası;
API inteqrasiyaları üzrə statusların, mərhələlərin və asılılıqların izlənməsi, gecikmə və risklərin vaxtında eskalasiyası;
Layihələrin sənədləşmə proseslərinin aparılması və aidiyyəti hesabatların hazırlanması;
Layihənin uğurla icrası üçün tələb olunan məlumatların toplanması, sistemləşdirilməsi və analiz edilməsi;
Görüşlərin təşkili, protokollaşdırılması və qəbul olunan qərarların icrasına nəzarət edilməsi;
Dövlət və özəl təşkilatların informasiya sistemləri arasında inteqrasiya proseslərinə dəstəyin göstərilməsi, texniki komandalarla uyğunlaşdırılması və izlənməsi;
Texniki və qeyri-texniki tərəflər arasında körpü rolunun icra edilməsi (biznes – texniki komanda – qurum);
API inteqrasiyaları üzrə sadə texniki sənədlərin (checklist, flow, qeydiyyat formaları və s.) hazırlanmasında iştirak;
Test, pilot və istismara qəbul (go-live) mərhələlərində koordinasiya və nəzarətin həyata keçirilməsi;
İnteqrasiya olunan xidmət və sistemlər üzrə operativ problemlərin izlənməsi, aidiyyəti tərəflərlə birlikdə həllinə dəstəyin göstərilməsi.
Tələblər
- İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
- Rəqəmsal / İT layihələrin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi
- API-lərlə işləmə bacarığı: REST API prinsipləri, request/response məntiqi, basic JSON strukturlarının oxunması və başa düşülməsi
- API inteqrasiyaları üzrə funksional və texniki tələblərin başa düşülməsi, texniki komandalarla effektiv kommunikasiya bacarığı
- Dövlət və özəl təşkilatlarla işləmə təcrübəsi, inteqrasiya proseslərinin təşkili, koordinasiyası və izlənməsi bacarığı
- Jira, Confluence, ClickUp kimi layihə və tapşırıq idarəetmə alətləri ilə ilkin və ya orta səviyyədə iş təcrübəsi
- Elektron sənəd dövriyyəsi, daxili informasiya sistemləri və rəsmi yazışmalarla işləmək bacarığı
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət
- İngilis dili – yüksək səviyyə (texniki sənədlərin oxunması və yazışmalar üçün)
- Analitik düşüncə, detallara diqqət, prioritetləşdirmə və koordinasiya bacarığı
Üstünlük hesab olunur
- Rus dili – arzuolunandır
Oxşar elanlar
- AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin MütəxəssisiPasha Bank · Bu gün
- MühasibNatural Meat · Bu gün
- İcma idarəçiliyi üzrə təcrübəçi (Community Management Intern)AQA Şirkətlər Qrupu · Bu gün
- Hesabatlılıq və konsolidasiya şöbəsi-baş mütəxəssis“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti · Bu gün
- Maliyyə üzrə mütəxəssisFoton · Dünən
- Layihə meneceriHandex · Dünən