Məzmuna keçin

Komplayens və monitorinq şöbəsinin mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Agentliyin struktur bölmələrinin fəaliyyət istiqamətlərini analiz etmək, məsuliyyət bölgüsünü, təsdiq mərhələlərini və nəzarət mexanizmlərini qiymətləndirmək;

Siyasət, prosedur, qayda, əsasnamə və s. daxili normativ sənəd layihələrinin hazırlanmasına dəstək olmaq, təqdim olunan layihələrə komplayens rəyi bildirmək;

Agentliyin qüvvədə olan daxili normativ sənədləri üzrə təkliflər hazırlamaq;

Təsdiqlənmiş daxili normativ sənədləri vahid reyestrdə qeydiyyata almaq, versiyaları, qüvvəyə minmə tarixlərini və növbəti baxış müddətlərini müəyyən etmək;

Şöbənin iş planına uyğun olaraq proses, məhsul və xidmətlər üzrə komplayens qiymətləndirmələrində, kontragent yoxlamalarında (KYC/KYA), maraqların toqquşması, etik davranış və digər proseslər üzrə monitorinqlərdə iştirak etmək, rəy və hesabatlar hazırlamaq.

Tələblər

  • Hüquq, dövlət idarəçiliyi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Daxili normativ sənədlərin hazırlanması, biznes proseslərinin sənədləşdirilməsi, metodologiya, komplayens, daxili nəzarət və ya əlaqəli sahədə azı 1 il iş təcrübəsi
  • Microsoft Office proqramı və əsasən MS Word-də düzəlişlərin izlənməsi və sənəd versiyalarının müqayisəsi üzrə yaxşı səviyyədə bilik
  • Kollektivlə işləmə bacarığı
  • Azərbaycan dili səlis (yazı və danışıq)

Üstünlük hesab olunur

  • Elektron sənəd dövriyyəsi sistemləri ilə iş bacarığı üstünlükdür
  • Digər dil bilikləri üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →