İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı Mütəxəssisi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Risk qiymətləndirmə sessiyalarını təşkil etmək, iştirak etmək, nəticələri sənədləşdirmək və tədbir planlarına yönləndirmək.
Komplayens yoxlamalarını (compliance review) aparmaq, pozuntuları aşkar edərək düzəldici tədbirlər üçün təkliflər hazırlamaq.
Daxili nəzarət fəaliyyətlərinin effektivliyini test etmək, zəif cəhətləri müəyyən edib Baş Mütəxəssisə hesabat vermək.
GRC məlumat bazalarını, risk kitabxanasını, normativ aktlar reyestrini gündəlik yeniləmək.
İdarəetmə sistemləri (keyfiyyət, təhlükəsizlik, davamlılıq) üzrə GRC tələblərinin inteqrasiyasını təmin etmək.
İşçilərin GRC qaydalarına riayət etməsini yoxlamaq üçün random testlər və anketlər hazırlamaq.
Kiçik mütəxəssis və mütəxəssislərə iş tapşırıqlarını bölüşdürməkdə və onların işlərinin keyfiyyətini yoxlamaqda kömək etmək.
Audit və yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, informasiya sistemləri, risklərin idarə edilməsi və ya digər əlaqəli sahə üzrə)
- İnformasiya təhlükəsizliyi, informasiya risklərinin idarə olunması, komplayens və ya əlaqəli sahələrdə ən azı 2 il iş təcrübəsi
- İnformasiya təhlükəsizliyi idarəetmə çərçivələrinin, siyasət və prosedurların hazırlanması və tətbiqi üzrə biliklər
- İnformasiya aktivlərinin təsnifatı, mühafizəsi və risk əsaslı idarə edilməsi üzrə nəzəri bilik və təcrübə
- Audit, komplayens, nəzarət mexanizmləri və tənzimləyici fəaliyyət planlarının idarə olunması üzrə təcrübə
- Layihələr, məhsullar və İT infrastrukturu üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi və tətbiqinə nəzarət etmək bacarığı
- Üçüncü tərəf riskləri, xidmət təchizatçılarının nəzarəti və müqavilə çərçivəsində təhlükəsizlik tələblərinin qiymətləndirilməsi üzrə biliklər
- Güclü analitik, təşkilati, ünsiyyət, təqdimat və koordinasiya bacarıqları
- B1 səviyyədə ingilis və ya rus dili biliyi (standart yazışmalar və anlama)
Üstünlük hesab olunur
- GRCP, ISO 31000, CISM, CRISC, CISA və ya digər əlaqəli beynəlxalq peşəkar sertifikatların olması arzuolunandır
Oxşar elanlar
- Legal and Compliance ManagerIRES · 3 gün əvvəl
- HüquqşünasVumes MMC · 6 gün əvvəl
- HüquqşünasABB-İnvest İnvestisiya Şirkəti QSC · 6 gün əvvəl
- Senior LawyerSABAH.HUB · 11 noyabr 2026
- Ethics and Compliance ExpertAzerconnect Group · 11 noyabr 2026
- Hava Limanında Hüquqşunas"VİP Xidmətlər Qrupu" MMC · 11 noyabr 2026