Məzmuna keçin
Unibank Kommersiya Bankı yerləşdirilib

Data Analitika / Daxili Auditor

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Daxili audit funksiyasında data əsaslı audit və davamlı audit yanaşmalarının tətbiqi və inkişafına aktiv töhfə vermək, o cümlədən analitik nəzarət mexanizmlərinin və avtomatlaşdırılmış audit prosedurlarının qurulmasında iştirak etmək.

Audit proqramlarının hazırlanması, audit prosedurlarının icrası və audit sübutlarının toplanması istiqamətində dəstək;

Audit nəticələri üzrə müşahidələrin, risk qiymətləndirmələrinin və tövsiyələrin hazırlanmasında dəstək;

Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin müntəzəm təqibi;

Risk əsaslı audit yanaşmasının və daxili audit metodologiyasının inkişafına töhfə verilməsi;

Data analitika alətlərindən istifadə etməklə audit prosedurlarının icrasında iştirak edilməsi və audit sübutlarının analitik üsullarla əldə edilməsinin təmin edilməsi;

Daxili audit funksiyası daxilində davamlı audit (continuous auditing) və davamlı monitorinq yanaşmalarının qurulması və tətbiqi istiqamətində Data Analitikası və Avtomatlaşdırma komandası ilə əməkdaşlıq edilməsi;

Təkrarlanan audit yoxlamalarının avtomatlaşdırılması və analitik əsaslı audit yanaşmalarının inkişafına töhfə verilməsi.

Tələblər

  • İqtisadiyyat, IT, statistika, data science və ya əlaqəli sahə üzrə təhsil
  • Kreditləşmə, əməliyyat, data analitika, biznes analitika, risk analitikası və ya audit analitikası sahəsində minimum 1 il iş təcrübəsi
  • SQL sorğu dili vasitəsilə aşağıdakı tapşırıqları icra edə bilmə: Məlumatların filtrlənərək çıxarılması və təhlili
  • Prosedurlar yazmaq proseslərin avtomatlaşdırılması
  • Create, insert funksiyalarından istifadə etməklə cədvəllər yarada bilmə
  • Parsing alətlərindən istifadə edə bilmə
  • Python proqramlaşdırma dili vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması
  • Portfel simulyasiyalarının aparılması, müxtəlif risk ssenariləri üzrə portfelin təhlilinin həyata keçirilməsi
  • Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması
  • Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər
  • Proseslərin, risklərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi bacarığı
  • Ünsiyyət, komandada işləmə və təşəbbüskarlıq bacarıqları
  • İngilis dili üzrə texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →