Məzmuna keçin
AZINTELECOM yerləşdirilib

İnsan Kapitalı üzrə Biznes Partnyor

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İnsan Kapitalı üzrə strategiyanın təşkilati məqsədlərlə uyğunlaşdırılmasının təmin edilməsi;

Məsul struktur bölmələr üzrə şirkətin strateji hədəflərini dəstəkləyən baxış və həllər barədə tövsiyyələrin verilməsi;

Məsul struktur bölmələr üzrə əməkdaşlarla mütəmadi əsasda ünsiyyətin aparılması, görüşlərin keçirilməsi və əməkdaşların müxtəlif məsələlər üzrə təlimatlandırılması;

İstedad boşluqlarının / ehtiyaclarının müəyyənləşdirməsi;

Davamçıların və istedadların idarə edilməsi proseslərinin icrası;

Perfomans idarəetmə prosesinin həyata keçirilməsi;

Korporativ dəyərləri və əməkdaşların rifahına yönəlik şirkət mədəniyyətinin təşviq edilməsi;

İşçi bağlılığının artırılması üçün təkliflərin verilməsi, tədbirlərin planının hazırlanması və icrasının təmin edilməsi;

Trendləri, riskləri və imkanları müəyyən etmək üçün əsas metrikləri təhlil edərək məsul struktur bölmələrə əsaslandırılmış tövsiyələrin təqdim edilməsi;

İşçi dövriyyəsi, işə bağlılıq indeksi, işçi sayı və digər əsas göstəriciləri izləyərək mütəmadi əsasda hesabatların hazırlanması;

İnsan resursları üzrə gündəlik, aylıq, rüblük və illik hesabatların hazırlanmasını və təhlilini təmin edilməsi;

HR məlumatları əsasında analitik hesabatlar, idarəetmə panelləri (Dashboard) və təqdimatlar hazırlanması;

HR hesabatlılıq proseslərinin standartlaşdırılması, avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması;

Tələblər

  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə)
  • İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Performans idarəetmə sistemlərinin tətbiqi və idarə olunması, HR analitika və hesabatlılıq proseslərinin həyata keçirilməsi, HR məlumatlarının təhlili və HRIS sistemləri ilə iş üzrə praktik təcrübə
  • MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə işləmək bacarığı
  • Azərbaycan dili sərbəst

Üstünlük hesab olunur

  • İngilis və ya rus dilləri üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →