Məzmuna keçin
AZINTELECOM yerləşdirilib

Elektrik mühəndisi

Şəhər
Bakı

Vakansiya haqqında

Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;

Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;

Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək;

Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək;

BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək;

Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;

Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək;

Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq;

Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;

Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq;

Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək;

Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək;

Tələblər

  • Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə)
  • Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi
  • Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər
  • Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Dil bilikləri: İngilis dili
  • Operativ qərarvermə və problem həll etmə bacarığı
  • Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı
  • Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı
  • Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı

Üstünlük hesab olunur

  • Texniki səviyyədə (arzuolunandır)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →