Məzmuna keçin
Pasha Bank yerləşdirilib

AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin Mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

ƏL/TMM sistem təminatlarının qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək;

Requlyativ hesabatların icrası;

Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuları cavablandırmaq və nəzarət orqanları və Bank arasındakı məlumat mübadiləsini təmin etmək;

ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək;

Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;

Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək;

Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq etmək;

Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra etmək.

Tələblər

  • Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr)
  • Minimum 2 il
  • Lisenziya / Sertifikat: CAMS
  • Xarici dillər: İngilis (səlis) / Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

Üstünlük hesab olunur

  • CGSS və s. kimi sertifikatların olması arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →