Məzmuna keçin
North West yerləşdirilib

Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)

Şəhər
Ağdərə

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Layihə çərçivəsində daxili təmir-tamamlama işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;

Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;

Təmir-tamamlama işləri üzrə iş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;

Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;

Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;

Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;

İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;

Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;

Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;

Podratçıların iş həcmlərini, icra müddətlərini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək;

Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;

Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;

Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;

Layihənin icra vəziyyəti, qarşıya çıxan risklər, görülmüş işlər və növbəti mərhələlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;

İş proseslərinin optimallaşdırılması və layihənin səmərəli icrası istiqamətində təkliflər vermək.

Tələblər

  • İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi
  • Daxili təmir-tamamlama işlərinin texnologiyaları, mərhələləri və icra ardıcıllığı üzrə mükəmməl bilik
  • Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə
  • Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı
  • İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı
  • Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi
  • Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları
  • Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük

Üstünlük hesab olunur

  • AutoCAD və MS Project bilikləri üstünlükdür
  • İngilis dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Ağdərə vakansiyaları →