Məzmuna keçin
Eden Agro MMC yerləşdirilib

Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İşəgötürən: Eden Agro MMC

Struktur: EDN - Əməliyyatlar departamenti

Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor

İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək;

Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək;

Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq;

Əkin sahələrinin EKTİS bəyannamələrinin tələblərinə uyğun xəritələşdirilməsini və bölgüsünü həyata keçirmək;

Ölçmə nəticələrini mövcud kadastr məlumatları və torpaq sənədləri ilə müqayisə etmək, sərhəd fərqlərini, üst-üstə düşmələri və ehtimal olunan zəbt hallarını müəyyənləşdirmək;

Yeni aqropark layihələri üzrə geodeziya ölçmələrini və xəritələşdirmə işlərini həyata keçirmək;

Ölçmə və xəritələşdirmə məlumatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları araşdırmaq və zərurət yarandıqda təkrar ölçmələr aparmaq;

Görülmüş işlər üzrə müvafiq hesabatları, elektron xəritələri və koordinat fayllarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

Biz təklif edirik:

Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi

Peşəkar və liderlik inkişaf proqramları

Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı

Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları

Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı

Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti

Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “ Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Tələblər

  • Geodeziya, topoqrafiya, kartoqrafiya, geomatika, torpaq kadastrı və ya digər əlaqəli ixtisas üzrə təhsil
  • Geodeziya ölçmələri, koordinat sistemləri, xəritə miqyası və sahə hesablamaları üzrə biliklər
  • GNSS/GPS/RTK avadanlığı və ya elektron taxeometrlə ölçmə aparmaq və ölçmə məlumatlarını emal üçün ixrac etmək bacarığı
  • Torpaq sənədlərini və kadastr planlarını oxumaq, faktiki ölçmə nəticələri ilə müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və ünsiyyət bacarıqları
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Açıq ərazidə sahə işləri aparmağa hazırlıq
  • MS PowerPoint və digər MS Office proqramlarından istifadə bacarığı
  • Məlumatları sistemləşdirmək və detallara diqqət yetirmək bacarığı
  • Məntiqi düşünmə və problem həll etmə bacarığı
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs
  • Azərbaycan dili biliyi

Üstünlük hesab olunur

  • QGIS, AutoCAD və ya digər xəritələşdirmə proqramlarından istifadə üzrə baza bacarıqlarının olması üstünlükdür
  • EKTİS və aqrar sahələrin xəritələşdirilməsi üzrə təcrübənin olması üstünlükdür
  • Rus və ya ingilis dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →