Məzmuna keçin

Layihənin Baş Memarı – LBM

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;

Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;

Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;

Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;

Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;

Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;

Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;

Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;

Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.

Bilməlidir:

Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları;

Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını;

Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;

Layihələndirmənin metodlarını;

Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları;

Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;

Ümumi məlumat:

İş yeri: Bakı şəhəri;

İş rejimi: 5 gün / 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00 – 14:00;

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (müvafiq sahədə)
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il)
  • Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s
  • Tikinti norma və qaydalarına dair biliklər
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →