Məzmuna keçin

Vizualizator Memar

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması

Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;

Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;

Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;

Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;

Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;

Ümumi məlumat:

İş yeri: Bakı şəhəri;

İş rejimi: 5 gün/ 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00 – 14:00;

Əmək haqqı – 2500 AZN;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Uyğun namizədlər Portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (müvafiq sahədə)
  • Memar vəzifəsində iş təcrübəsi (5 il)
  • Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s
  • Tikinti norma və qaydalarına dair biliklər
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →