Məzmuna keçin
Kristal yerləşdirilib

MEP mühəndisi

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Tikinti layihələri üzrə mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin icrasına nəzarət etmək;

HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri üzrə işlərin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;

Tikinti sahəsində MEP işlərinin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək;

Layihə çertyojlarını, texniki spesifikasiyaları və işçi layihələri təhlil etmək;

Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;

Podratçı və subpodratçı təşkilatlarla koordinasiyalı işləmək;

MEP işlərinin digər tikinti və mühəndislik işləri ilə uyğunluğunu təmin etmək;

Görülmüş işlərin yoxlanılmasında, sınaq və təhvil-təslim proseslərində iştirak etmək;

Görülən işlər üzrə texniki hesabatların hazırlanmasını təmin etmək.

İş şəraiti:

6 günlük iş qrafiki;

İş yeri: Bakı şəhəri;

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “MEP mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
  • Tikinti layihələrində MEP sistemlərinin quraşdırılması və icrası üzrə biliklər
  • HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə texniki biliklər
  • AutoCAD proqramı ilə işləmək bacarığı
  • Texniki çertyojları oxumaq və təhlil etmək bacarığı
  • Tikinti norma və standartları barədə məlumatlı olmaq
  • Məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →