Məzmuna keçin
Amina and S Group yerləşdirilib

Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)

Şəhər
Salyan
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə və öhdəliklər:

Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət etmək;

Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması, geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək;

Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə yetirilməsini təmin etmək;

Yolun layihə üzrə eni, hündürlük səviyyələri, qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq;

Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;

Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək;

Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və sınaq protokollarını yoxlamaq;

Tikinti sahəsinə daxil olan materialların keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq;

İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request – IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək;

Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;

Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və müvafiq QC hesabatlarını hazırlamaq;

Ölçü və sınaq avadanlıqlarının kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq;

Sifarişçi, podratçı, subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək;

Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak etmək;

Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək;

Vəzifəsinin icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun çəkilişi;

Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq uzadılması mümkündür;

Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri əsasında müsahibə zamanı müəyyən ediləcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərə bilərlər

Tələblər

  • Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5 il iş təcrübəsi
  • Yol tikintisi layihələrində praktiki iş təcrübəsi
  • Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı
  • Torpaq işləri, yol əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki biliklər
  • Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə işləmək bacarığı
  • Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı
  • Keyfiyyətə nəzarət üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst ünsiyyət və hesabatvermə bacarığı
  • Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı
  • Layihə sahəsində işləməyə hazır olmaq

Üstünlük hesab olunur

  • İngilis dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Salyan vakansiyaları →