Məzmuna keçin
Amina and S Group yerləşdirilib

SƏTƏMM Administratoru

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

SƏTƏM sənədlərinin, prosedurlarının hazırlanması, qeydiyyatı, yenilənməsi və arxivləşdirilməsi;

Layihələrin xüsusiyyətlərinə və Sifarişçinin tələblərinə uyğun SƏTƏM prosedurlarının hazırlanmasında iştirak etmək;

Mövcud SƏTƏM prosedurlarına dəyişikliklərin SƏTƏM meneceri ilə razılaşdırılaraq həyata keçirilməsi;

SƏTƏM hesabatlarının və statistik məlumatların hazırlanması;

İşçilərin SƏTƏM təlimlərinin, sertifikatlarının və tibbi müayinə sənədlərinin uçotunun aparılması;

SƏTƏM üzrə reyestrlərin və elektron məlumat bazalarının yenilənməsi;

Layihə ərazisinə daxil olacaq işçilərin və texnikanın giriş icazələrinin alınması üçün Sifarişçi şirkətlə əlaqələndirmənin təmin edilməsi;

İşçilərin və texnikanın əraziyə buraxılması üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;

Risk qiymətləndirmələri və digər SƏTƏM sənədlərinin dövriyyəsinə inzibati dəstək göstərilməsi;

SƏTƏM mühəndisləri və koordinatorları ilə sənədləşmə işlərinin əlaqələndirilməsi;

SƏTƏM sənədlərinin layihə və şirkətdaxili prosedurlara uyğunluğunun izlənilməsi.

Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə dəstək göstərmək.

İş şəraiti

İş qrafiki: Həftədə 5 iş günü

Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • SƏTƏM prosedurları və sənədləşmə tələbləri haqqında biliklər
  • Layihələr üzrə SƏTƏM sənədlərinin hazırlanması və idarə olunması prinsiplərini bilmək
  • MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
  • İngilis dili biliyi mütləqdir
  • Sənədləşmə, hesabatlılıq və təşkilatçılıq bacarıqları
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı
  • Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə işləmək bacarığı

Üstünlük hesab olunur

  • Tikinti və neft-qaz layihələrində təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →