Məzmuna keçin
AMOGROUP yerləşdirilib

Kreditor üzrə aparıcı mühasib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək;

Mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək;

Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq;

Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi;

Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi;

Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi;

Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi;

Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi;

Tədarükçülərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;

Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
  • Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi
  • 1C 8.3 üzrə praktiki biliklər
  • MS Excel üzrə yaxşı səviyyədə bilik
  • Elektron portallarla işləmə bacarığı
  • İstehsalat və anbar uçotu üzrə təcrübə

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →