Məzmuna keçin
AN Production yerləşdirilib

Aparıcı mühəndis-konstruktor (metal konstruksiyalar və istehsalat layihələri üzrə)

Maaş
1 800 – 2 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Konstruktiv layihələrin hazırlanması, texniki həllərin işlənməsi.

Obyektlərdə ilkin ölçülərin götürülməsi və mövcud məkanın texniki təhlilinin aparılması.

Layihələr üzrə iş planı və deadlineların müəyyən edilməsi, layihənin başlanğıcdan təhvilə qədər icrasının izlənilməsi və koordinasiyası.

Layihə üzrə material sərfiyyatının hesablanması, mal-material hesabatının hazırlanması, tələb olunan material miqdarının müəyyən edilməsi və material/işçilik xərclərinin ilkin hesablanması.

İşçi çertyojların, texniki planların, kəsiklərin və detallı layihə sənədlərinin hazırlanması.

Mebel, metal konstruksiya və digər istehsalat elementlərinin layihəyə uyğunluğunu təmin etmək.

Layihələrin istehsalat və quraşdırma mərhələlərində texniki nəzarəti həyata keçirmək.

Layihə komandası və istehsalat əməkdaşları ilə koordinasiyalı işləmək.

İş şəraiti:

Qrafik: 6\1

Əmək haqqı: 1800-2500 AZN

Ünvan: Kənd Əhmədli

Qeyd - Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.

Müraciət üçün CV faylınızı və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Aparıcı Mühəndis konstruktor” başlığı ilə göndərməyiniz xahiş olunur.

Tələblər

  • AutoCAD, Archicad, SOLIDWORKS proqramlarından peşəkar səviyyədə istifadə bacarığı
  • Müvafiq sahədə (metal konstruksiya və mebel) 3 ilədək təcrübə
  • Texniki çertyojları, konstruktiv sxemləri və işçi layihələri sərbəst oxumaq və hazırlamaq bacarığı
  • Ölçülərlə yüksək dəqiqliklə işləmək, texniki hesablamalar aparmaq və miqyasları düzgün tətbiq etmək bacarığı
  • Tikinti materialları, mebel konstruksiyaları və metal elementlər barədə biliklər
  • Texniki sənədləşdirmə və layihə standartları üzrə biliklər
  • Yüksək analitik düşüncə, diqqətlilik və texniki savadlılıq

Üstünlük hesab olunur

  • 3ds Max, SketchUp və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →