Məzmuna keçin
ARCO Logistics yerləşdirilib

Videoqraf (Frilans / Layihə əsaslı)

Maaş
1 000 – 2 000 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

İş şəraiti:

İş rejimi: Sərbəst / Məsafədən (Ofisdə oturmaq tələb olunmur, yalnız çəkiliş günləri müəyyən olunan məkanda iştirak etmək kifayətdir);

Əməkhaqqı: 1000 – 2000 AZN (Təcrübə, bacarıqlar və çəkiliş həcminə uyğun olaraq müəyyən edilir).

Vəzifə öhdəlikləri:

Müəyyən olunmuş çəkiliş planına uyğun olaraq çəkilişlərin təşkili və həyata keçirilməsi;

Çəkilmiş materialların montajı, rəng korreksiyası (color grading) və səs işlənməsi;

Şirkətin sosial media hesabları üçün kreativ video ideyaların təklif olunması və reallaşdırılması.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

Qeyd: Mövzu hissəsində "Videoqraf" yazmağınız xahiş olunur)

Tələblər

  • Peşəkar videoçəkiliş və montaj sahəsində minimum 1-3 il iş təcrübəsi
  • Çəkiliş avadanlıqları (kamera, işıq, səs və stabilizatorlar) ilə sərbəst işləmək bacarığı
  • Montaj proqramlarını (Adobe Premiere Pro, After Effects və ya DaVinci Resolve) yüksək səviyyədə bilmək
  • Sosial media trendlərini (Reels, TikTok, Shorts) izləmək və dinamik, diqqətçəkən məzmunlar hazırlamaq qabiliyyəti
  • Portfolionun təqdim edilməsi mütləqdir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →