İşin təsviri
Təsvir
- İllik biznes planın hazırlanmasını koordinasiya etmək;
- Orta və uzunmüddətli maliyyə və inkişaf proqnozlarının hazırlanmasında iştirak etmək;
- Strateji təşəbbüslər üzrə iqtisadi qiymətləndirmə aparmaq;
- Seqment, məhsul və kanal üzrə rentabellik analizlərini həyata keçirmək;
- KPI-ların strateji məqsədlərlə uyğunluğunu təhlil etmək;
- Alternativ inkişaf ssenarilərini modelləşdirmək;
- Rüblük və illik strateji icmal materiallarını hazırlamaq.
Tələblər
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis dili biliyi arzuolunandır);
- Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil (xaricdə təhsil üstünlükdür);
- Bank və ya maliyyə sektorunda minimum 2–3 il müvafiq iş təcrübəsi;
- Strateji planlaşdırma, büdcələmə və maliyyə proqnozlaşdırılması sahəsində biliklər;
- Maliyyə modelləşdirmə və investisiya layihələrinin qiymətləndirilməsi bacarığı;
- Seqment, məhsul və kanallar üzrə rentabellik analizlərinin aparılması;
- KPI-ların strateji hədəflərlə uyğunlaşdırılması və performans təhlili;
- Alternativ inkişaf ssenarilərinin modelləşdirilməsi;
- Güclü analitik düşüncə və biznes yanaşması;
- Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- CFA Level I və ya FMVA sertifikatları üstünlükdür.