İşin təsviri
- Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar monitorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
- Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
- Səyyar monitorinqin nəticəsinə uyğun olaraq müvafiq aktları tərtib etmək;
- Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
- Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
- Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək.
Tələblər
- Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi);
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya digər əlaqəli sahə üzrə);
- Microsoft Office proqramları üzrə biliklər;
- Xarici dil biliyinin olması arzu olunandır;
- ACCA sertifikatlarından Maliyyə mühasibatlığı (F3) və Maliyyə hesabatlılığı (F7) olması arzuolunandır;
- Bank sahəsində biznes kreditlərinin monitorinqi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Korporativ, iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili üzrə təcrübə;
- Biznes müştərilərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirə bilmək;
- Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə təşəbbüskar yanaşma.