Sosial Media Marketinq (SMM) mütəxəssisi
- Maaş
- 500 – 800 AZN
- Şəhər
- Bakı
Vakansiya haqqında
Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.
Əsas vəzifələr
Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.
İş şərtləri
6 günlük iş qrafiki: 10:00–18:00;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 500–800 AZN.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.
Mobil: +994 50 270 34 00
WhatsApp: +994 50 277 55 92
İş telefonu: +994 12 441 49 49
Tələblər
- SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi
- Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik
- Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı
- Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı
- CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı
- ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
- Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı
- Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı
Üstünlük hesab olunur
- Illustrator, Figma və ya Canva biliyi üstünlükdür
- Rus dili biliyi üstünlükdür
- SMM və ya reklam agentliyində iş təcrübəsi
- Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə
- Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik
Oxşar elanlar
- Xarici Kommunikasiyalar üzrə MütəxəssisPASHA Real Estate Group · Bu gün
- Daxili kommunikasiya üzrə TəcrübəçiUnibank Kommersiya Bankı · Bu gün
- Satış və Marketinq meneceriGrand-Agro MMC · Dünən
- KopirayterKontakt Home · Dünən
- Digital Marketing SpecialistMelissa Group · Dünən
- Creative Content CreatorArzena Design · Dünən