Planlama mühəndisi (Avant Green Layihəsi)
- Maaş
- 2 500 – 3 000 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə və məsuliyyətlər
Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun təsdiqinə təqdim etmək
Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya təqdim etmək
Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
Kritik yolu (critical path), ehtiyat vaxtı (float) və əsas mərhələləri (milestones) izləmək
Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
Bərpa planlarının (recovery plan) hazırlanmasında iştirak etmək
Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq
Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq
Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim etmək
İş Şəraiti:
İş qrafiki: 6 gün
İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16
Əmək haqqı: 2500-3000 AZN (NET)
Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
- Planlama sahəsində minimum 3 il iş təcrübəsi
- Primavera P6 proqramında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
Üstünlük hesab olunur
- Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl