Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Şirkətin satınalma strategiyasını və illik satınalma planını formalaşdırmaq, icrasına rəhbərlik etmək;
Tikinti layihələri üzrə satınalma ehtiyaclarını, büdcələri və layihə qrafiklərini təhlil edərək satınalma prioritetlərini müəyyənləşdirmək;
Tender paketlərinin hazırlanmasını və komplektləşdirilməsini koordinasiya etmək; BOQ, texniki spesifikasiyalar, çertyoj siyahıları, RFQ və kommersiya sənədlərinin aidiyyəti bölmələrlə uzlaşdırılmasını təmin etmək;
Tender və kotirovka proseslərini təşkil etmək, təchizatçıların seçimi və kommersiya təkliflərinin qiymətləndirilməsinə rəhbərlik etmək;
Təchizatçılarla kommersiya danışıqları aparmaq, qiymət, ödəniş, çatdırılma və zəmanət şərtlərinin optimallaşdırılmasını təmin etmək;
Satınalma qərarlarının təsdiq edilmiş büdcə, prosedur və səlahiyyət bölgüsünə uyğunluğuna nəzarət etmək;
Layihə komandaları ilə koordinasiyada material və avadanlıqların vaxtında çatdırılmasını, təchizat risklərinin müəyyən edilməsini və idarə olunmasını təmin etmək;
Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərini və qənaət imkanlarını təhlil etmək;
Satınalma komandasının fəaliyyətini idarə etmək, əməkdaşların performansını və peşəkar inkişafını təmin etmək.
Tələblər
- İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, logistika, təchizat zəncirinin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil
- Satınalma və təchizat sahəsində minimum 8 il iş təcrübəsi, bunun ən azı 5 ili rəhbər vəzifədə
- Tikinti layihələri üzrə satınalma və tender proseslərinin idarə edilməsində praktiki təcrübə
- Tender paketlərinin hazırlanması, BOQ və texniki sənədlərin koordinasiyası, RFQ prosesləri və kommersiya təkliflərinin müqayisəli qiymətləndirilməsi üzrə təcrübə
- Təchizatçılarla kommersiya danışıqlarının aparılması və müqavilə şərtlərinin razılaşdırılması bacarığı
- Satınalma büdcəsinin idarə edilməsi, xərclərin optimallaşdırılması və təchizat risklərinin idarə olunması üzrə biliklər
- ERP sistemləri və MS Excel üzrə yüksək səviyyədə bilik
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dili üzrə minimum B2 səviyyəsi
Üstünlük hesab olunur
- Rus dili biliyi üstünlükdür
- CIPS və ya digər beynəlxalq satınalma sertifikatlarının olması üstünlükdür
Oxşar elanlar
- SürücüGrand Logistics Center · 2 gün əvvəl
- Logistika və satınalma üzrə menecerDecor Concept · 2 gün əvvəl
- ANBARDAR (XANIM)Karaca · 2 gün əvvəl
- Təminat şöbəsinin müdir müaviniAzerbaijan Energy Regulatory Agency · 3 gün əvvəl
- Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu)OBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- Anbardar köməkçisiRadius MMC · 3 gün əvvəl