Planlama mühəndisi - Baş Ofis
- Maaş
- 2 500 – 3 000 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihə iş qrafiklərinin Primavera P6-da hazırlanması, yenilənməsi və izlənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq rəhbərliyə çatdırılması.
Layihə iş qrafiklərini (Work Schedule) Primavera P6 proqramında hazırlamaq
Qrafikləri müntəzəm yeniləmək və baş verən dəyişiklikləri əks etdirmək
İş Bölgüsü Strukturunu (WBS) qrafik strukturuna uyğunlaşdırmaq
Sahədən daxil olan progress məlumatlarını qrafiklərə daxil etmək və doğruluğunu yoxlamaq
Faktiki icra ilə baseline arasındakı fərqləri qeydə almaq
Kritik yol (Critical Path) təhlili aparmaq və kritik fəaliyyətləri müəyyən etmək
Float (ehtiyat vaxt) göstəricilərini izləmək və Sr. Planning Manager-ə raportlaşdırmaq
2-4 həftəlik Look Ahead Plan-ları hazırlamaq və sahə komandaları ilə paylaşmaq
Gündəlik, həftəlik və aylıq planlama hesabatlarını hazırlamaq
Qrafik uyğunluğu göstəricilərini (S-Curve, milestone tracking) hazırlamaq
Primavera P6 bazasının məlumat bütövlüyünə və düzgün strukturuna nəzarət etmək
Planlama sənədlərinin arxivləşdirilməsini təmin etmək
İş Şəraiti:
İş qrafiki: 5 gün, 09:30-18:30
İş yeri: Çıraq Plaza (Tiblisi pr 49 C)
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı - 2500-3000 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil
- İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 3 il iş təcrübəsi
- Kompyuter biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı
- Azərbaycan,İngilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır
Üstünlük hesab olunur
- Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl