Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
Avant Group yerləşdirilib

Sahə mühəndisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Tikinti vakansiyaları →

Vakansiya haqqında

  • Tikinti prosesinin gündəlik olaraq icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun idarə olunması ;
  • Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət etmək ;
  • Ustalar, briqadalar və subpodratçıların işini koordinasiya etmək və tapşırıqları sahə üzrə paylamaq ;
  • Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmləri oxumaq və işçilərə izah etmək ;
  • Günlük və həftəlik iş planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək ;
  • Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə koordinasiya aparmaq ;
  • Sahə ölçülərinin, iş həcmlərinin və görülmüş işlərin qeydlərini aparmaq ;
  • Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin aşkarlanması və operativ şəkildə aradan qaldırılması üçün tədbirlərin görülməsi ;
  • Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət etmək ;
  • Görülmüş işlərin foto və yazılı hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
  • Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak etmək və icra sənədləşməsini aparmaq ;
  • İşlərin mərhələli şəkildə təhvil-təslim prosesində iştirak etmək ;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (İnşaat üzrə);
  • Sahə mühəndisi və ya icra mühəndisi olaraq 2-5 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • AutoCAD bilikləri (Revit, Civil 3D, Microsoft Project  bilikləri üstünlükdür) ;
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər;  
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı;  
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı;  

Əmək şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı 2000-2500 AZN NET

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Sahə mühəndisi” yazaraq (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərlər.

Əlavə məlumat

  • Təhsil: Bakalavr