İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis
- Maaş
- 1 500 – 2 000 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Şirkətin struktur bölmələri üzrə işçi tələbatının müəyyənləşdirilməsi və vakansiya sorğularının koordinasiyası;
Vakansiyalar üzrə namizədlərin axtarışı, CV-lərin təhlili və ilkin seçim prosesinin həyata keçirilməsi;
İş elanlarının hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
Namizədlərlə ilkin müsahibələrin keçirilməsi və qiymətləndirilməsi;
Struktur rəhbərləri ilə müsahibələrin təşkili və koordinasiyası;
Seçilmiş namizədlərə iş təkliflərinin hazırlanması və təqdim edilməsi;
İşə qəbul üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşdirmə prosesinin koordinasiyası;
Yeni əməkdaşların şirkətə inteqrasiyası və adaptasiya prosesinin təşkili;
Sınaq müddətinin qiymətləndirilməsi prosesinin koordinasiyası;
İşə qəbul və adaptasiya prosesləri üzrə hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi.
İş şəraiti
İş yeri: Çıraq Plaza;
Əməkhaqqı: 1500–2000 AZN (net);
İş rejimi: 5 günlük iş həftəsi;
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.
Tələblər
- Ali təhsil
- HR sahəsində minimum 3-5 il iş təcrübəsi
- İşə qəbul və adaptasiya prosesləri üzrə praktiki bilik və təcrübə
- Əmək qanunvericiliyi üzrə ilkin biliklər
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər
- Yüksək kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları
- Analitik düşünmə və komanda ilə işləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Üstünlük hesab olunur
- Rus və ingilis dillərini bilmək üstünlükdür
Oxşar elanlar
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 2 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 2 gün əvvəl
- Daxili AuditorMSolution · 2 gün əvvəl
- Mühasib operator (LOGO proqramı üzrə)Alumin MMC · 2 gün əvvəl
- HR üzrə mütəxəssisAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu · 2 gün əvvəl
- Proses və Məhsul Uyğunluğu üzrə MütəxəssisMİLLA DAİRY · 2 gün əvvəl