İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dəmir-beton işlərinin (armatur, kalıp, beton tökmə) keyfiyyətinə sahədə nəzarətin həyata keçirilməsi
- İşlərin layihə, texniki şərtlər və standartlara uyğun icrasının yoxlanılması
- Beton tökülməsi öncəsi və sonrası yoxlamaların (pre-pour / post-pour inspections) aparılması
- Materialların (sement, armatur, qatqılar və s.) keyfiyyət sertifikatlarının yoxlanılması
- Laborator testlərin (slump test, kub nümunələr və s.) təşkili və nəticələrin izlənilməsi
- Uyğunsuzluqların (NCR) aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Podratçı işlərinin keyfiyyət baxımından nəzarətdə saxlanılması
- Gündəlik və həftəlik hesabatların hazırlanması
- Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi
- İş təhlükəsizliyi və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi üzrə)
- Dəmir-beton işləri üzrə minimum 2–4 il iş təcrübəsi
- Beton, armatur və kalıp işləri üzrə texniki biliklər
- Layihə sənədlərini (shop drawing, IFC) oxuma və təhlil etmə bacarığı
- Yerli normativlər və beynəlxalq standartlar (ASTM, BS, Eurocode və s.) üzrə biliklər
- Beton tökülməsi, curing, slump test və digər laborator nəzarət prosedurları üzrə anlayış
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
- Detallara diqqət, məsuliyyət və operativ qərarvermə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
Əmək şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq hr@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.