İşin təsviri
- Audit layihəsi çərçivəsində tələb olunan məlumatların toplanması və təhlillərin həyata keçirilməsi
- Sahə üzrə əsas risklərin müəyyən edilməsi və risk əsaslı yoxlamaların həyata keçirilməsi
- Görülən işlərə dair hesabatların hazırlanması və sənədləşmələrin aparılması
- Audit proqramına uyğun olaraq audit yoxlamalarında iştirak
- Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi
Tələblər
- Tibb və ya əczaçılıq sahəsində ən az 2 il iş təcrübəsi
- Əczaçılıq sahəsində ali təhsil
- Baza səviyyədə Excel və 1C biliklərinin olması
- Analitik təhlil və strateji düşünmə qabiliyyəti, habelə müşahidə bacarıqları
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət və təqdimat bacarıqları
- Sürücülük vəsiqəsinin (B kateqoriya) olması və rayonlara ezamiyyətə getmə imkanı
- Hərbi xidməti keçmiş bəy namizədlərə üstünlük verilir