İşin təsviri
- Şirkətin müştərilər üzrə debitor borclarının idarə olunması, ödənişlərin izlənməsi, hesab-fakturaların hazırlanması və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək.
Əsas vəzifələr
- Müştərilər üzrə debitor borcların gündəlik izlənməsi
- Hesab-fakturaların hazırlanması və göndərilməsi
- Müştəri ödənişlərinin sistemə işlənməsi və yoxlanılması
- Müqavilələrə uyğun ödəniş qrafiklərinin izlənməsi
- Bank çıxarışlarının və ödəniş sənədlərinin yoxlanılması
- Aylıq debitor hesabatlarının hazırlanması
- Tikinti layihələri üzrə maliyyə sənədlərinin uçotunun aparılması
- Vergi və audit yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanması
- ERP/Mühasibat proqramlarında məlumatların düzgün daxil edilməsi
- Maliyyə şöbəsinin digər tapşırıqlarının icrası
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Tikinti sektorunda təcrübə üstünlükdür
- 1C, ERP və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək
- Debitor borclar və maliyyə hesabatları üzrə biliklər
- Analitik düşünmə və detallara diqqət
- Komandada işləmə və ünsiyyət bacarığı
- Azərbaycan dili sərbəst, İngilis və Rus dili üstünlükdür
İş şəraiti:
- İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.