Məzmuna keçin
Avropa Azərbaycan Məktəbi yerləşdirilib

Sürücü

Şəhər
Bakı

Vakansiya haqqında

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC Sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir:

Tabeçiliyi: Nəqliyyat üzrə koordinator

Vəzifə öhdəlikləri:

Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;

Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;

İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;

İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;

Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.

Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Sürücüluk vəsiqəsi (D kateqoriya)
  • Avtobus sürücülük sahəsində minimum 3 il təcrübə
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →