Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata keçirilməsi;
Malların say, çeşid və keyfiyyət baxımından yoxlanılması;
Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
Mal-material ehtiyatlarının uçotunun aparılması;
ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması;
Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi;
Planlı və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili;
Malların itki və zədələnmə hallarının qarşısının alınması;
Anbar sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
İş şərtləri:
Əmək haqqı: 1000–1300 AZN;
İş təcrübəsi: 3+ il;
İş istiqaməti: Anbar əməliyyatları və anbar uçotu;
Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Anbardar”
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi
- Anbar uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər
- ERP proqramları ilə işləmək bacarığı
- MS Office proqramlarını, xüsusilə Excel-i bilmək
- Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq
- Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik
- Operativ qərarvermə və problem həll etmə bacarığı
- Komanda ilə işləmək bacarığı
Oxşar elanlar
- Satınalma üzrə mütəxəssis/ aparıcı mütəxəssisBaku Steel Company · Dünən
- Təchizatın planlaması üzrə mütəxəssisBaku Steel Company · Dünən
- SürücüGrand Logistics Center · 4 gün əvvəl
- Logistika və satınalma üzrə menecerDecor Concept · 4 gün əvvəl
- ANBARDAR (XANIM)Karaca · 4 gün əvvəl
- Təminat şöbəsinin müdir müaviniAzerbaijan Energy Regulatory Agency · 5 gün əvvəl