Məzmuna keçin
Azconstruction A yerləşdirilib

Texniki Ofis Mühəndisi

Şəhər
Xocavənd, Ağdam
İş növü
Tam iş günü

Vakansiya haqqında

“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan edir!

“ AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır!

Vəzifə öhdəlikləri:

Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;

Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;

Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;

Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;

Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;

Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;

Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;

Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.

İş şəraiti

İş yeri: Xocavənd və Ağdam şəhəri

İş günləri: Həftənin 5 günü

İş saatları: 09:00–18:00

Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.

Rəsmi əmək müqaviləsi

Peşəkar və işgüzar iş mühiti

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə
  • AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı
  • Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik

Oxşar elanlar

Bütün Xocavənd vakansiyaları →