Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
1C proqramına məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək;
İlkin sənədləri, elektron qaimələri və hesab-fakturaları sistemə işləmək;
Mal-materialların mədaxil və məxaric əməliyyatlarını 1C proqramında qeydiyyata almaq;
Anbar qalıqlarının uçotunu aparmaq və məlumatların düzgünlüyünü yoxlamaq;
Mal-material hərəkəti üzrə sənədləri və hesabatları hazırlamaq;
Mühasibatlıq və anbar şöbələri ilə koordinasiyalı işləmək;
Sənədlərdə və sistem məlumatlarında aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş günləri: Həftənin 5 günü
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
Rəsmi əmək müqaviləsi
Peşəkar və işgüzar iş mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “1C Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- 1C proqramında işləmək üzrə praktiki təcrübə
- Mal-material uçotu və anbar əməliyyatları üzrə biliklər
- MS Excel proqramında işləmək bacarığı
- İlkin sənədlərlə işləmək və məlumatları düzgün sistemləşdirmək bacarığı
- Diqqətlilik, məsuliyyət və dəqiqlik
Oxşar elanlar
- Sahə Supervayzeri / FormenPASHA Real Estate Group · Bu gün
- IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisiAQA Şirkətlər Qrupu · Bu gün
- SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssisUnibank Kommersiya Bankı · Dünən
- Risk Management İnternship Program (Paid)FINCA Azerbaijan · Dünən
- Risklərin idarə edilməsi üzrə təcrübəçiPMD Group MMC · Dünən
- Risklər və Risk Hadisələrinin İdarə Edilməsi üzrə Şöbə rəhbəriPasha Bank · Dünən