İşin təsviri
Təsvir
- İş planlarına uyğun olaraq işçilər arasında şəbəkənin istismarı və cari təmiri üzrə iş bölgüsü etmək;
- Şəbəkənin istismarı və cari təmiri üçün sənədlərin saxlanmasına nəzarət etmək;
- Şəbəkə cihazlarının, yerüstü elektrik xətlərinin fasiləsiz işləməsini təmin etmək üçün materiallara, hissələrə, cihazlara, qoruyucu vasitələrə, alətlərə olan ehtiyacı hesablamaq;
- Şəbəkənin və yerüstü elektrik xətlərinin istismarı və cari təmiri üzrə işlərin keyfiyyətini vizual olaraq müəyyənləşdirmək;
- Şəbəkənin istismarı və cari təmiri zamanı Əməyin mühafizəsi və Texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İşçilərə materialların, ölçü cihazlarının, qoruyucu vasitələrin, alətlərin verilməsini təmin etmək;
- Şəbəkənin istismarına və cari təmirinə nəzarət etmək üçün lazım olan miqdarda enerji təchizatı cihazları və avadanlıqlarının sxematik diaqramlarını oxumaq;
- Şəbəkənin və yerüstü elektrik xətlərinin istismarı və təmiri işlərini planlaşdırmaq və təşkil etmək;
- Şəbəkəni materialları, ölçü cihazları, qoruyucu vasitələri, alətlər və qurğuları texniki sənədlərlə təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsinə dair təlimatlar barədə biliklər;
- Kommunikasiya, təşkilatçılıq, komanda idarə etməsi, analitik düşüncə bacarıqları.