İşin təsviri
- Lokomotiv deposunun inkişaf perspektivlərini, yenidənqurma və texniki təchizatın bütün sahələrində kompleks proqramların həyata keçirilməsinin yollarını müəyyənləşdirmək;
- Deponun texniki təchizatı səviyyəsinin və səmərəliliyinin artırılması istiqamətində əməli işlər görmək;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının, təşkilati və texniki tədbirlər planlarının, tədqiqat və inkişaf işləri planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək;
- Hərəkətin texniki təhlükəsizliyini təmin etmək üçün profilaktik tədbirlər planı hazırlamaq;
- Lokomotivlərin təmir texnologiyasına nəzarət etmək;
- Hərəkət vasitələrinin təmiri departamenti ilə lokomotivlərin aylıq təmir növlərinin qrafikini hazırlamaq, plandankənar daxil olmuş lokomotivlərin texniki səbəblərini araşdırmaq;
- Səmərələşdirmə, qabaqcıl istehsal təcrübəsinin yayılması sahəsində işləri təşkil etmək və işçilərin yaradıcı təşəbbüskarlığını perspektivli istehsal problemlərinin həllinə, texniki və iqtisadi səviyyəsinin yüksəldilməsinə yönəltmək.
Tələblər
Təhsil: Ali (Müvafiq sahə üzrə);
Komputer bilikləri: MS Office
Əməyin mühafizəsi, texniki, yanğın və hərəkətin təhlükəsizliyinin aidiyyəti norma və qaydalarını;
Azərbaycan dəmir yollarının texniki İstismar qaydaları.