İşin təsviri
- İT avadanlıqlarının (kompüter, monitor, printer, mobil cihazlar və digər texniki vasitələr) uçotunun aparılması və inventar məlumatlarının aktual saxlanılması;
- Avadanlıqların qəbulu, qeydiyyatı, təhvil verilməsi, yerdəyişməsi və geri qaytarılması proseslərində iştirak edilməsi;
- Avadanlıqların inventar nömrələri və istifadəçi məlumatları üzrə qeydiyyatının aparılması və JIRA-da məlumat bazasına əlavə olunması;
- İT avadanlıqlarının anbar uçotuna, saxlanmasına və inventarizasiyasına dəstək göstərilməsi;
- Nasaz, istifadəyə yararsız və köhnəlmiş avadanlıqların müəyyənləşdirilməsi, müvafiq qeydiyyat və silinmə proseslərində iştirak edilməsi;
- İT avadanlıqları üzrə hesabatların və tələb olunan məlumatların hazırlanmasına dəstək göstərilməsi;
- İT avadanlıqlarının idarəedilməsi ilə bağlı şirkətin daxili qayda, prosedur və informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi;
- Birbaşa rəhbər tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Texniki Dəstək şöbəsində minimum 1 il iş təcrübəsi;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı,;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yüksək). Rus və İngilis dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı