İşin təsviri
Təsvir
- Cisco WLC platforması üzərində simsiz şəbəkə infrastrukturunun (WLAN) mərkəzləşdirilmiş konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
- Cisco ISE platforması əsasında şəbəkəyə giriş nəzarəti (NAC) mexanizmlərinin, 802.1X autentifikasiya siyasətlərinin və rol əsaslı avtorizasiya qaydalarının tətbiqi və idarə edilməsi;
- Cisco CUCM (Unified Communications Manager) platforması üzərində korporativ IP telefoniya infrastrukturunun konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
- Firewall avadanlıqları üzərində korporativ təhlükəsizlik siyasətlərinin, trafik filtrləmə qaydalarının və zona əsaslı seqmentasiyanın (Zone-Based Security) tətbiqi, davamlı saxlanması və müntəzəm baxışının (review) həyata keçirilməsi;
- Şəbəkə infrastrukturu avadanlıqlarının (WLC, ISE, CUCM, Firewall, Router, Switch və s.) proqram təminatının istehsalçı tərəfindən tövsiyə olunan ən son stabil versiyalara uyğun müntəzəm yenilənməsinin (firmware/software upgrade) planlaşdırılması və həyata keçirilməsi;
- Şəbəkə infrastrukturuna aid IT aktivlərin konfiqurasiya ehtiyat nüsxələrinin (backup) dövri alınması, saxlanılması və bütövlüyünün yoxlanılmasının təmin edilməsi;
- Şəbəkə monitorinq alətlərindən istifadə etməklə şəbəkə infrastrukturunun davamlılığının izlənməsi, performans göstəricilərinin sistematik təhlili və şöbə rəhbərinə hesabatların təqdim edilməsi;
- İnsident və problem idarəetməsi (Incident & Problem Management) prosesləri çərçivəsində kök-səbəb analizinin (RCA) aparılması və profilaktik tədbirlərin tətbiqi;
- Dəyişiklik idarəetməsi (Change Management) prosedurlarına uyğun olaraq şəbəkə konfiqurasiya dəyişikliklərinin planlaşdırılması, tətbiqi və sənədləşdirilməsi;
- Şəbəkə infrastrukturunun (LAN, WAN, WLAN, IP telefoniya və s.) performans göstəricilərinin təhlili əsasında zəif nöqtələrin aşkar edilməsi və optimallaşdırma tədbirlərinin tətbiqi;
- Şəbəkə infrastrukturuna dair aktual topologiya sxemlərinin, diagramlarının, IP ünvanlama cədvəllərinin və digər texniki sənədlərinin müntəzəm yenilənməsi və saxlanması;
- Xidmət təminatçıları və müqavilə əsasında xidmət göstərilən tərəflərlə texniki əməkdaşlığın aparılması, müəyyən edilmiş xidmət səviyyəsi müqavilələri (SLA) üzrə öhdəliklərin izlənməsi və yerinə yetirilməsinin təmin edilməsi;
- Şəbəkə infrastrukturu üzrə daxil olan müraciətlərin qəbul edilməsi, müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və texniki dəstəyin göstərilməsi;
- Bilavasitə rəhbərlik tərəfindən şəbəkə infrastrukturu fəaliyyəti çərçivəsində həvalə edilən digər tapşırıqların icrası
- İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Şəbəkə infrastruktur üzrə minimum 2 il iş təcrübəsi;
- Routing və Switching texnologiyaları üzrə bilik və bacarıq;
- Cisco ISE, WLC və CUCM platformaları üzrə bilik və bacarıq;
- Palo Alto Firewall idarəçiliyi üzrə bilik və bacarıq;
- Şəbəkə monitorinq alətləri (Solarwinds, Zabbix və s.) ilə iş bacarığı;
- ITSM alətləri (Jira, ServiceNow və s.) üzrə təcrübə;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Müasir SDN (Software-Defined Networking) həlləri üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı),
Sertifikatlar:
- Cisco Certified Network Associate (CCNA) sertifikatının olması;
- CCNP Enterprise sertifikatının olması üstünlükdür;
- Palo Alto Networks Certified Network Security Professional sertifikatının olması üstünlükdür;
- Implementing Cisco Catalyst SD-WAN Solutions sertifikatının olması arzuolunandır.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı