İşin təsviri
- Müxtəlif mənbələrdən məlumatların toplanması, emalı, strukturlaşdırılması və təhlilinin aparılması;
- Sənaye trendləri, bazar şərtləri və əsas göstəricilər üzrə analitik araşdırmaların aparılması və nəticələrin şərh edilməsi;
- Rəhbərlik və aidiyyəti strukturlar üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
- Statistik proqram təminatları və analitik alətlərdən (Excel, Power BI və s.) istifadə etməklə məlumatların təhlili;
- Əsas performans göstəricilərinin (KPI) hesablanması, monitorinqi və təhlili;
- Analitik nəticələr əsasında rəy və təkliflərin formalaşdırılması;
- Müəyyən edilmiş metodologiya və daxili prosedurlara uyğunluğun təmin edilməsi;
- Məlumatların dəqiqliyinin və keyfiyyətinin təmin edilməsi.
Tələblər
- Minimum 2 il analitika və ya əlaqəli sahədə iş təcrübəsi;
- Bakalavr təhsili (İqtisadiyyat, Riyaziyyat, Statistika, Biznes və ya əlaqəli sahələr);
- Azərbaycan dili – ana dili səviyyəsində;
- İngilis dili – B1-B2 səviyyəsində;
- MS Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmə bacarığı;
- Excel və analitik alətlərlə işləmə bacarığı (Power BI və s. üstünlükdür);
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat və kommunikasiya bacarıqları;
- Danışıqlar aparmaq bacarığı;
- Komandada işləmə bacarığı;
- Öyrənmə çevikliyi və dəyişikliklərə uyğunlaşma.
İş qrafiki:
- Standart
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı