Çağrı mərkəzi operatoru

İşin təsviri

Təsvir

  • Çağrı mərkəzinə daxil olan telefon zənglərini müvafiq qaydalara uyğun operativ və peşəkar şəkildə cavablandırmaq;
  • Vətəndaşların müraciətlərini qeydiyyata almaq, sorğuları cavablandırmaq və icraya alınan şikayətlər üçün müraciət vərəqələrini tərtib etmək;
  • Zəruri hallarda sorğuları müvafiq struktur bölmələrə yönləndirmək;
  • Fəaliyyət istiqamətləri üzrə Mərkəz rəhbərinə mütəmadi olaraq hesabatlar və təkliflər təqdim etmək;
  • Zənglərə cavab verərkən mehriban, peşəkar və etik olmaq, təmin olunmuş qaydalara və təlimatlara uyğun şəkildə xidmət aparmaq;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini və təhlükəsizlik qaydalarını məsuliyyətlə yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti;
  • Rus dili – orta səviyyədə (İngilis dili arzuolunandır);
  • Windows əməliyyat sistemi və MS Office proqramları üzrə sərbəst işləmək bacarığı;
  • “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
  • “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” üzrə biliklər;
  • İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
  • Dinləmə, inandırma bacarıqları;
  • Gərgin iş rejimində işləmə bacarığı;
  • Düzgün diksiya;
  • İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı.
  • İş qrafiki:
  • 6 günlük iş həftəsi (növbəli iş saatı ilə, axşam saatları daxil).