İşin təsviri
- Ödəniş tapşırıqlarını hazırlamaq, ölkədaxili və ölkəxarici köçürmələri internet banking və xəzinədarlıq sistemi vasitəsilə icra etmək;
- ERP sistemi ilə banklar arasında məlumat inteqrasiyasını təmin etmək, icra olunan ödənişlərin sistemdə düzgün qeydiyyatını aparmaq və uyğunluğunu yoxlamaq;
- Pul hərəkəti hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək və 1C-də maliyyə axınlarının düzgün əks olunmasına nəzarət etmək;
- Təchizatçı, podratçı və digər tərəfdaşlarla hesablaşmaları aparmaq, bank hesablarının hərəkətini izləyərək gündəlik balansa nəzarət etmək;
- Əmək haqqı, ezamiyyə və məzuniyyət ödənişlərini həyata keçirmək;
- Digər tələb olunan tapşırıqları vaxtında və dəqiq icra etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Biznesin idarə edilməsi);
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi.
- 1C 8.3 və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
- Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
- ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikatın olması arzuolunandır;
- Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları;
- Kommunikasiya və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.