İşin təsviri
İstehsalat müəssisəsi üçün “Su təmizləmə sistemləri üzrə Operator” vakansiyası
İş yeri: Kəlbəcər rayonu
Vəzifə öhdəlikləri:
- Su təmizləmə sistemlərinin gündəlik işinə nəzarət etmək;
- Su təmizləmə avadanlıqlarının iş rejimini izləmək;
- Su təmizləmə prosesinin müəyyən edilmiş texnoloji tələblərə uyğun aparılmasını təmin etmək;
- Avadanlıqların təzyiq, temperatur, sərfiyyat və digər iş göstəricilərini nəzarətdə saxlamaq;
- Su sistemlərinin regenerasiya, yuma və digər texnoloji proseslərini həyata keçirmək;
- CIP (Cleaning in Place) proseslərini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
- Avadanlıqların işə salınması, dayandırılması və proseslər arasında keçidlərini düzgün icra etmək;
- Su təmizləmə sistemlərində yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxslərə məlumat vermək;
- Nasosların, klapanların, boru xətlərinin və digər avadanlıqların vəziyyətinə nəzarət etmək;
- İş zamanı tələb olunan göstəriciləri və proses məlumatlarını qeydiyyata almaq;
- Avadanlıqların təmizliyi və iş sahəsinin sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili qaydalara riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır;
- Rus dili biliyi üstünlükdür;
- Su təmizləmə sistemləri, istehsalat avadanlıqları və ya texniki sahədə iş təcrübəsi üstünlükdür;
- Su təmizləmə prosesləri haqqında ümumi anlayış;
- Texniki avadanlıqlarla işləmək bacarığı;
- CIP prosesləri barədə məlumatlı olmaq üstünlükdür;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
Şirkət tərəfindən təmin olunur:
- Kəlbəcərdə yaşayış yeri
- Gün ərzində 3 dəfə qidalanma
- Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti
- Peşəkar və inkişaf yönümlü iş mühiti
Uyğun namizədlər CV-lərini hr@istisu.comelektron poçt ünvanına “Su təmizləmə sistemləri üzrə Operator” başlığı ilə göndərə bilər.