Tiktok üzrə ssenarist

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri

  • TikTok üçün kreativ və viral potensialı yüksək video ideyalarının hazırlanması
  • Video mövzularının, konseptlərinin və ssenarilərinin hazırlanması
  • TikTok trendlərinin, viral formatların, challenge-lərin və aktual mövzuların araşdırılması
  • Məhsul və kampaniyaların TikTok formatına uyğun kreativ şəkildə təqdim olunması
  • Qısa, dinamik və izləyicinin diqqətini ilk saniyələrdə cəlb edən ssenarilər yazmaq
  • Videolar üçün hook, əsas məzmun və CTA strukturunun hazırlanması
  • Personaj, dialoq, səhnə, hərəkət və çəkiliş ardıcıllığının müəyyənləşdirilməsi
  • Məhsulun reklam xarakterini mümkün qədər təbii və əyləncəli formada ssenariyə inteqrasiya etmək
  • TikTok üçün serial formatlı və davamlı kontent rubrikalarının yaradılması
  • Müxtəlif hədəf auditoriyalarına uyğun kontent ideyalarının hazırlanması
  • Kontent planına uyğun olaraq həftəlik/aylıq ssenarilərin hazırlanması
  • Çəkiliş zamanı ssenarinin icrasına nəzarət və lazım olduqda yaradıcı dəyişikliklərin edilməsi
  • Kontent performansını analiz edərək daha uğurlu format və mövzuların müəyyənləşdirilməsi
  • Baxış sayı, izlənmə müddəti, engagement, paylaşım və digər göstəricilər əsasında yeni ideyaların hazırlanması
  • Marketinq komandası, video çəkiliş və montaj komandası ilə koordinasiyalı işləmək
  • Şirkətin kommunikasiya üslubunu və imicini bütün ssenarilərdə qorumaq
  • Rəqiblərin və yerli/beynəlxalq TikTok hesablarının kontentlərinin monitorinqi
  • Yeni TikTok trendlərinin şirkətin məhsul və kampaniyalarına uyğunlaşdırılması.

Təklif edilən şərtlər:

  • İş qrafiki: Sərbəst
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq

Mövzu hissəsində Video məzmun yaradıcısı qeyd edərək şəkilli CV-nizi hr@supertoys.az elektron poçt ünvanına göndərin.