İşçi Heyətinin İdarə Edilməsi üzrə Rəhbər

İşin təsviri

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Business Bölməsinin biznes məqsədlərinə nail olması üçün tələb olunan işçi heyətinin, kompetensiyaların, kadr ehtiyatının və təşkilati effektivliyin təmin edilməsinə görə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

İşçi qüvvəsinin planlaşdırılması və komplektləşdirmənin effektivliyi

  • Business Bölməsinin biznes planını həyata keçirməsi üçün tələb olunan sayda və kompetensiyalara malik əməkdaşlarla təmin olunmasını və kritik vakansiyaların vaxtında bağlanmasını təmin edir.
  • Mağazaların ehtiyacları, mövsümilik və satış həcmi nəzərə alınmaqla işçi sayını təsdiq edilmiş təşkilati struktur və əməkhaqqı büdcəsi çərçivəsində optimal səviyyədə saxlayır.
  • İşçi çatışmazlığını, kompetensiya boşluqlarını və əmək məhsuldarlığındakı kənarlaşmaları vaxtında müəyyən edir və aradan qaldırır.
  • İşə qəbul olunan əməkdaşların Business Bölməsinin əməliyyat və kommersiya ehtiyaclarına uyğunluğuna, həmçinin Baş Ofisin İnsan Resursları funksiyası ilə müvafiq rəhbərlər arasında effektiv əməkdaşlığa cavabdehdir.

Təlim və inkişaf

  • Əməkdaşların öz vəzifələrini satış, müştəri xidməti və əməliyyat standartlarına uyğun yerinə yetirmələri üçün tələb olunan bilik və bacarıqlara malik olmasını təmin edir.
  • Yeni əməkdaşların adaptasiya prosesini keçməsini və müəyyən edilmiş müddət ərzində tələb olunan bilik və bacarıq səviyyəsinə çatmasını təmin edir.
  • Satış, xidmət və əməliyyat nəticələrinə təsir edən kompetensiya çatışmazlıqlarını müəyyən edir və onların təlim və inkişaf vasitəsilə aradan qaldırılmasını təmin edir.
  • Mağaza Menecerləri, yüksək potensiallı əməkdaşlar və kritik vəzifələr üzrə potensial varisləri müəyyən edir, onların inkişafını və növbəti vəzifəyə hazırlıq səviyyəsini izləyir.

Motivasiya, işçilərin saxlanılması və bağlılıq

  • Əməkdaşların məmnunluq və motivasiya səviyyəsini izləyir, işçi axını və kritik əməkdaşların saxlanılması ilə bağlı riskləri müəyyən edir və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin edir.
  • Əməkdaşların motivasiyasının artırılması, nailiyyətlərinin tanınması və mükafatlandırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.
  • Əməkdaşların fəaliyyət nəticələri, potensialı və biznes ehtiyacları əsasında daxili keçid, vəzifə yüksəlişi və karyera inkişafı imkanlarının yaradılmasını təmin edir.
  • Business Bölməsi daxilində əməkdaşlığı, məsuliyyəti, təşəbbüskarlığı və yüksək nəticələri təşviq edən korporativ mədəniyyətin inkişafını dəstəkləyir.

Performans, əmək münasibətləri və intizamın idarə edilməsi

  • Əməkdaşlar üçün fəaliyyət məqsədlərinin müəyyən edilməsini, nəticələrin obyektiv qiymətləndirilməsini və mütəmadi geribildirimin verilməsini təmin edir.
  • Performans, davamiyyət, əmək intizamı və davranışla bağlı problemlərin müvafiq rəhbərlərlə birlikdə vaxtında və ardıcıl şəkildə həllini təmin edir.
  • Əməkdaşlarla bağlı qərar və tədbirlərin şirkətin daxili siyasətlərinə, müəyyən edilmiş səlahiyyətlərə və əmək qanunvericiliyinə uyğun olmasını təmin edir.
  • Ciddi və ya təkrarlanan əmək münasibətləri və intizam risklərini müəyyən edir və müvafiq tədbirlərin görülməsini təmin edir.

Əmək məhsuldarlığı və işçi heyəti xərclərinin idarə edilməsi

  • İşçi sayının və əməkhaqqı xərclərinin təsdiq edilmiş büdcə və biznes ehtiyacları çərçivəsində saxlanılmasını təmin edir.
  • Əməkhaqqı xərclərinin satışa nisbətini, əmək məhsuldarlığını, işçi qüvvəsindən istifadəni, əlavə iş saatlarını və işə çıxmama hallarını təhlil edir, kənarlaşmaları müəyyən edir və düzəldici tədbirlər görür.
  • İşə qəbul, əməkhaqqı dəyişiklikləri, vəzifə yüksəlişləri və təşkilati dəyişikliklərlə bağlı qərarların Business Bölməsinin maliyyə və mənfəətlilik hədəflərinə uyğun olmasını təmin edir.

İşçi heyəti üzrə KPI və hesabatlılıq

  • İşçi sayı, vakansiyalar, işçi axını, əməkdaşların saxlanılması, performans və əmək məhsuldarlığı üzrə əsas KPI-ları izləyir, kənarlaşmaların səbəblərini müəyyən edir və düzəldici tədbirlərin həyata keçirilməsini təmin edir.
  • İşçi heyəti üzrə nəticələr, əsas risklər və prioritetlər barədə Business Bölməsi Rəhbərinə müntəzəm və dəqiq məlumat təqdim edir.

Tələblər

Professional biliklər:

  • İşçi heyətinin planlaşdırılması və işə qəbul prosesinin koordinasiyası

Təlim və inkişaf

  • Motivasiya və əməkdaşların şirkətdə saxlanılması (retention)
  • Daxili keçidlər
  • Əməkdaşların bağlılığı (Employee engagement)
  • Performansın dəstəklənməsi
  • İşçi Heyətinin İdarə Edilməsi üzrə hesabatlıq

Təhsil:

  • İnsan Resursları, Biznesin idarə edilməsi, Psixologiya, Hüquq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • İR və ya İşçi Heyətinin İdarə Edilməsi sahəsində peşəkar kvalifikasiyanın olması üstünlükdür.

İş təcrübəsi:

  • İR, İşçi Heyətinin İdarə Edilməsi, Təlim və ya Pərakəndə satış üzrə İR Əməliyyatları sahəsində minimum 5 il iş təcrübəsi.
  • Çoxsaylı mağazalardan ibarət pərakəndə satış mühitində (multi-store retail environment) iş təcrübəsinə üstünlük verilir.
  • Komanda idarəetmə təcrübəsi üstünlükdür.

Professional bacarıq və kompetensiyalar:

  • HRIS/ERP sistemləri, işə qəbul prosesinin koordinasiyası, təlim administrasiyası, əməkdaş məlumatları üzrə hesabatlıq və Microsoft Office bilikləri.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.