İşin təsviri
- Portal kranlar və digər elektrik avadanlıqlarının texniki baxış, təmir və servis işlərini həyata keçirmək;
- Elektrik nasazlıqlarını aşkar etmək və aradan qaldırmaq;
- Elektrik sxemləri və texniki sənədlərə uyğun işlərin icrasını təmin etmək;
- Elektrik mühərrikləri, relelər, sensorlar, kabel xətləri və idarəetmə sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Planlı profilaktik baxım işlərində iştirak etmək;
- İstifadə olunan alət və avadanlıqların düzgün istismarını təmin etmək;
- Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə rəhbərliyə məlumat vermək.
Tələblər
Bilməlidir:
- Elektrik avadanlıqlarının quruluşunu, iş prinsipini və istismar qaydalarını;
- Elektrik sxemlərini və texniki çertyojları oxumağı;
- Elektrik mühərrikləri, relelər, kontaktorlar, sensorlar və idarəetmə elementlərinin iş prinsipini;
- Ölçü cihazlarından və diaqnostika avadanlıqlarından istifadə qaydalarını;
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını;
- Portal kranlar və digər yükaşırma avadanlıqlarının elektrik hissələrinin iş prinsiplərini;
- Nasazlıqların diaqnostikası və təmir üsullarını;
- Kabel xətlərinin montajı və təmiri qaydalarını.