İşin təsviri
Təsvir
- Mühasibat hesabının istehsal üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi
- Lazımi sənədlər əsasında (anbar mədaxil qaiməsi) xammalın mədaxili, təqdim olunmuş istehsal planına uyğun olaraq (anbar məxaric qaiməsi) xammalın yerdəyişməsi və qalıq xammalın geri-anbara qaytarılmasını icra edilməsi
- Məhsulun istehsalı prosesində planlaşdırılmış istehsal normalarından kənarlaşmaların səbəbini aşkar etmək və bu əməliyyatlara gündəlik nəzarət edilməsi
- İstehsal sahəsinin hesabatı əsasında hazır məhsulun anbara (hazır məhsulun mədaxili qaiməsi) mədaxil olunması
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlanması
Tələblər
- Ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- ACCA sertifikatı arzuolunandır;
- Azərbaycan dili, ingilis və rus dilləri arzuolunandır;
- 1C Mühasibatlıq və 1C proqramlarında işləmə bacarığı;
- Analitik düşüncə, diqqətlilik və komanda ilə əməkdaşlıq bacarığı.